Üç yaşlı oğlan bir güllə ilə hər iki valideynini vurdu

2 Fevral 2015 07:53 (UTC+04:00)

Amerikada üç yaşlı oğlan bir güllə ilə valideynlərinin ikisini də vurub.

Publika.az-ın məlumatına görə hadisə Nyu-Meksiko ştatındakı hotel otağında baş verib. Uşaq anasının sumkasından iPod çıxramaq istədikdə əlinə tapança keçib. Təsadüfən açılan atəş nəticəsində güllə atasının yanını dəlib keçərək 8 aylıq hamilə olan anasının qoluna dəyib. Uşağın bacısı da hadisə zamanı otaqda olsa da, xəsarət almayıb.

Valideynlərin vəziyyətinin yaxşı olduğu bildirilir. Prokurorluq hadisəyə görə valideynləri diqqətsizlikdə ittiham edə bilər.