Nazənin də aparıcılıq edəcək

2 Fevral 2015 16:02 (UTC+04:00)

Müğənni Nazənin də aparıcılıq edəcək.

Bu barədə Publika.az-a sənətçi özü məlumat verib.

Aparıcının yeni verilişi 2 Fevral Gənclər günü efirə çıxacaq: “Açığı, bir neçə il bundan əvvəl istəyirdim ki, müəllif proqramı ilə sevənlərimin görüşünə gəlim. Demək, qismət 2015-ci ilə imiş. Sumqayıtda fəaliyyət göstərən və peyk vasitəsilə verilişləri Azərbaycanın hüdudlarından kənarda da yayımlanan “Dünya TV”nin siması olacağam.

Proqram “Naz ilə...” adlanır. Sənət dostlarımın iştirakı ilə axşam saat 22.00-da ilk qala-konsertimiz birbaşa yayımlanacaq. Sürprizləri tam açıqlamaq istəmirəm, lakin əminəm ki, tamaşaçılar verilişimizi izləyib, vaxtlarını xoş keçirəcəklər”.

Cəvahir