Sudanda iki rusiyalı oğurlanıb

3 Fevral 2015 02:54 (UTC+04:00)

Sudanın Darfur vilayətində iki Rusiya vətəndaşı oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Rusiyanın Sudandakı səfirliyindən bildiriblər.

“İnformasiya təsdiq edilir”, - diplomatik missiyanın nümayəndələri deyiblər. Səfirlikdən hadisə barəsində əlavə məlumat verilməyib.

Ömər Dağlı