İordaniya da İŞİD-çiləri edam etdi - QİSAS

4 Fevral 2015 11:40 (UTC+04:00)

İordaniyalı pilotun İŞİD tərəfindən diri-diri yandırılmasından dərhal sonra rəsmi Amman verdiyi qisas mesajını yerinə yetirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İordaniya hökuməti iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə “Əbu Hüzeyfə” ləqəbli Ziyad Kerbulini edam edib.

Xatırladaq ki, İordaniyanın media üzrə dövlət naziri həbsxanalardakı yüksək rütbəli İŞİD üzvlərinin edam olunacağını bildirmişdi.

Ömər Dağlı