Avropada hər 7 məhbusdan biri müsəlmandır

5 Fevral 2015 09:29 (UTC+04:00)

İngiltərədə müsəlman məhbusların sayı tarixin ən yüksək səviyyəsinə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Ədliyyə Nazirliyi tərəfindən açıqlanan son statistika ölkədə hər 7 məhbusdan birinin müsəlman olduğunu göstərir.

Statistikaya görə, 2004-cü ildən 2014-cü ilə qədər olan dövrdə ölkədəki müsəlman məhbusların sayı 6 min 571-dən 12 min 255-ə çıxıb.

İngiltərədə irqçi hərəkətləri araşdıran təşkilatlar hesab edir ki, bu artımın səbəbi müsəlman əhalinin digər qruplara nisbətən çox gənc olması və gənclərin törətdiyi cinayətlərin sayının daha yüksək olmasıdır.

Ömər Dağlı