Avropa Birliyi Türkiyədən hərbi dəstək tələb edib

15 Fevral 2014 19:24 (UTC+04:00)

Avropa Birliyi Mərkəzi Afrika Respublikasına qoşun göndərmək üçün Türkiyənin dəstək verməsini tələb edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, məsələ ilə bağlı Brüsseldə iclas keçirilib. İclasda MAR-a ediləcək hərbi əməliyyatlarda hansı ölkələrin iştirak edəcəyi müzakirə olunub. Avropa Birliyi Türkiyədən hərbi dəstək edilməsini tələb edib. Məsələ ilə bağlı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyə xarici işlər naziri Əhməd Davudoğluna məktub yazıb. Türkiyə tərəfi isə hələlik AB-yə heç bir cavab verməyib.

Qeyd edək ki, bir müddətdir ki. MAR-da qarşıdurmalar davam edir. Bunun qarşısını almaq üçün Fransa ölkəyə 1600 əsgər göndərib. /anspress/