Almaniyada Xocalı yürüşü keçiriləcək

6 Fevral 2015 07:24 (UTC+04:00)

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Almaniyanın Köln şəhərində yürüş keçiriləcək.

Publika.az-a bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçiriləcək yürüş - mitinq Kölndəki Dom Kilsəsinin önündə start götürəcək. Fevralın 22-də baş tutacaq aksiyaya dəstək vermək məqsədilə Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib: “Yürüş - mitinqi keçirməkdə məqsəd Xocalıda baş verən cinayətə dünya birliyinin diqqətini cəlb etməkdir”.


Rəşad Quliyev aksiyanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçiriləcəyini bildirib.

Ömər Dağlı