Co Bayden: "Rusiyaya bu imkanı vermək olmaz"

6 Fevral 2015 21:35 (UTC+04:00)

Rusiyanın Avropanın xəritəsini dəyişməsinə yol vermək olmaz.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edib.

“Ukrayna ölkənin Şərqində Rusiyanın iştirakı ilə genişlənən münaqişə şəraitində sağ qalmaq uğrunda vuruşur”, - vitse-prezident əlavə edib.

Onun fikrincə, Rusiya Ukraynanın şərqinə muzdlular və tanklar göndərməklə münaqişəni qızışdırmaqda davam edir. Bayden qeyd edib ki, Rusiyanın Avropanın xəritəsini dəyişməsinə imkan vermək olmaz. Avropa möhkəm olmalıdır.