Dəhşətli qətl - Klub prezidenti güllələndi

7 Fevral 2015 15:36 (UTC+04:00)

Hondurasın ən titullu üçüncü klubu sayılan "Real Espanya" klubunun prezidenti Mario Verdial qətlə yetirilib.

Publika.az xəbər verir ki, klub prezidentinə hücum fevralın 5-də baş verib.

Verdial avtomobildə olarkən kimliyi bilinməyən şəxslər tərəfindən ona iki dəfə atəş açılıb. Klub prezidenti aldığı yaralardan yerindəcə keçinib.

Hadisə nəticəsində prezidentin cangüdəni və sürücü də xəsarət alıb.