Mənzillərin qiyməti bahalaşıb

8 Fevral 2015 03:40 (UTC+04:00)

Mənzil bazarında qiymət indeksi 2014-cü ilin dördüncü rübündə üçüncü rübü ilə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən isə 10,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq rübünə nisbətən 9,1 faiz, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,6 faiz, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 10,1 faiz artıb.