İraq Çexiyadan tank alır

9 Fevral 2015 02:12 (UTC+04:00)

Çexiyanın “Excalibur Army” şirkəti İraqa 100-dən çox modernləşdirilmiş T-72 tankı və BVP-1 piyadaların döyüş maşını satacaq.

Publika.az-ın məlumatına görə, iraqlı ekspertlər artıq həmin texnikanı poliqonda sınaqdan keçiriblər. Bu yaxınlarda Çexiya İraqdakı “İslam dövləti” yaraqlıları ilə döyüşən hökumət qüvvələrinə külli miqdarda hərbi sursat satmışdı.