Biləsuvar sakinindən 510 qram heroin götürülüb

9 Fevral 2015 13:19 (UTC+04:00)

Biləsuvarda keçirilən əməliyyat zamanı şəhər sakinindən 510 qr heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Qədir Bəşirovdan 510 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.