Polkovnik özünü partlatdı

11 Fevral 2015 04:49 (UTC+04:00)

Qazaxıstan Müdafiə Nazirliyinin binası qarşısında bir avtomobildə partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində Armand Kaydaroviç adlı polkovnik-leytenant həlak olub.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Kaydaroviç bir intihar məktubu yazıb. Partlayışdan əvvəl hadisə yerində olan şahidlər polkovnik-leytenantın sağ əlində bir qumbara olduğunu bildiriblər. Qazaxıstanın Müdafiə Nazirliyi də hadisənin bir hücum olmadığını açıqlayıb.

Ömər Dağlı