Yeznə qaynını öldürdü - DVD üstündə

11 Fevral 2015 07:48 (UTC+04:00)

Biləcəri qəsəbəsində yeznə-qayın arasında yaranan mübahisə qanla sonuclanıb.

Publika.az xəbər verir ki, iki qohum arasında DVD Player üstündə mübahisə yaranıb. Nəticədə Yevlax rayon sakini Əfqan Yusifov öz qayını və həmyerlisi Vüqar Salmanovu bıçqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb. Polis hadisə yerindən qaçan Əfqan Yusifovu axtarır.