"Real" darmadağın etdi- VİDEO

17 Fevral 2014 10:09 (UTC+04:00)

İspaniya çempionatında 24-cü turun növbəti oyunları keçirilib. İkinci oyun günündə dörd görüş baş tutub.

Publika.Az xəbər verir ki, “Qranada” “Betis”i minimal hesabla məğlub edib.

"Real” isə səfər matçında ”Xetafe"ni darmadağınla qalib gəlib. "Atletik" evdə "Espanyol"a məğlub olub. "Sevilya" - "Valensiya" görüşündə isə qapılara qol vurulmayıb.

Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

16 fevral

Qranada - Betis - 1:0

Qol: Piti, 31.

Xetafe - Real - 0:3

Qollar: Xese, 6, Benzema, 27, Modriç, 65.

Atletik - Espanyol - 1:2

Qollar: Kurpegi, 56 - Qarsiya, 7, Kolotto, 65.

Sevilya - Valensiya - 0:0

17 fevral

01:00. Malaqa - Real Sosyedad