ABŞ Ukraynanın üç batalyonunu Rusiyaya qarşı hazırlayacaq

12 Fevral 2015 04:24 (UTC+04:00)

ABŞ ordusunun silahlı qüvvələri Ukraynanın şərqində separatçılarla mübarizə aparmaq üçün Ukrayna ordusuna təlim keçəcək.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Ben Hodjes bildirib.

“Təlim missiyası mart ayında başlanacaq. Amerika hərbçiləri Ukraynanın üç batalyonuna təlim keçəcək. Biz ukraynalı hərbçilərə Rusiya qoşunu və separatçılardan müdafiə olunmağı öyrədəcəyik”, - amerikalı general Polşaya səfərində bildirib.

Ömər Dağlı