Danışıqlarda məzəli olay - kommunist siyasətçi papağını itirdi - BAKIDA

12 Fevral 2015 12:40 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iqtidar-müxalifət dialoqunda iştirak edən Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Musa Tukanovun başına maraqlı hadisə gəlib.

Publika.az-ın məlumatına görə, dialoqa qatılan siyasi partiyanın sədr müavini M.Tukanovun palto və papağı itib.

Hazırda o, toplantı zalını tərk edərək, binada öz geyim əşyalarını axtarır.

Vasif Həsənli