Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub

12 Fevral 2015 19:32 (UTC+04:00)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Fonddan Publika.az-a verilən məlumata görə, Pakistan Prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.