İŞİD ABŞ hərbçilərinə hücuma keçdi

13 Fevral 2015 14:21 (UTC+04:00)

İraqın Ənbar vilayətində Əl-Bağdadi qəsəbəsini ələ keçirən “İslam Dövləti” (İŞİD) terror qruplaşması ABŞ hərbçilərinin olduğu bazaya hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İŞİD-ə yaxın saytlardan biri bildirib.

ABŞ-ın təxminən 320 hərbi məsləhətçisi sözügeden bazada İraq ordusunun hərbçilərinə təlim keçir. Strateji əhəmiyyətə sahib bazanın Əl-Bağdadi qəsəbəsinin 5 kilometr cənubi-qərbində yerləşdiyi deyilir.

Ancaq ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bazaya birbaşa hücumun olmadığını bildirib. O, eyni zamanda bazanın ətrafında və bazanı hədəf almayacaq şəkildə döyüşlərin getdiyini deyib.

Ömər Dağlı