Məhərrəm Əliyevə ağır itki üz verdi

17 Fevral 2014 11:47 (UTC+04:00)

Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, dünən generalın İsa adlı dayısı 78 yaşında dünyasını dəyişib. Mərhum dünən dəfn edilib. Sabah Bakıxanov qəsəbəsində 3 mərasimi keçiriləcək.

Allah rəhmət eləsin