Günəş 5 ildə necə dəyişir? – VİDEO

15 Fevral 2015 07:54 (UTC+04:00)

NASA kosmik agentliyi Günəşin beş il ərzində necə göründüyünü göstərən video yayıb. Bunu hazırlamaq üçün hər 8 saatda 1 kadr çəkilib.

Publika.az-ın məlumatına görə, ilk foto 2010-cu ilin iyun ayında, sonuncusu isə 2015-ci ildə, fevralın 5-də çəkilib.

Görüntülər NASA-nın Günəş dinamikası rəsədxanasının beş illiyini qeyd etmək üçün yayılıb.