Şamaxıda qəza: 5 yaralı

16 Fevral 2015 00:56 (UTC+04:00)

Şamaxı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxının Muğanlı kəndi ərazisində vətandaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.

Nəticədə sürücü və 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Onlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.