Salyanda ev yandı, 83 yaşlı kişi öldü

17 Fevral 2015 09:19 (UTC+04:00)

Bu gecə Salyanda ev yanıb, bir nəfər ölüb.

Publika.az Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 275 kv.m olan birmərtəbəli binanın 1 otağında qapı və 2 kv.m sahədə ev əşyası yanıb. Yanğının kəşfiyyatı zamanı 1932-ci il təvvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun cəsədi aşkar edilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.