Jurnalistlər atəşə tutuldu - VİDEO

17 Fevral 2015 15:42 (UTC+04:00)

Böyük Britaniyanın BBC kanalının jurnalistləri Donbas hövzəsi haqqında süjet hazırlayıb.

Publika.az xəbər verir ki, kanalın çəkiliş qrupu Donetsk aeroportunda atəş altına düşüb.

İnternetdə yerləşdirilən 2 dəqiqə 24 saniyəlik videonun 65-ci saniyəsində atəş səsləri eşidilir. 19 saniyədən sonra isə BBC müxbirinin yanında durduğu binanın arxasına mərmi düşür və çəkiliş qrupu qaçmağa məcbur olur.

Qeyd edək ki, yanvarın 29-da Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahından Donetsk aeroportunun öz strateji əhəmiyyətini itirdiyi bildirilib. Qeyd olunub ki, tamamilə dağılmasından sonra obyekti saxlamağa hərbi baxımdan ehtiyac yox idi.

Ömər Dağlı