Suraxanı susuz qalacaq

18 Fevral 2015 11:09 (UTC+04:00)

Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb.

Azərsu ASC-dən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar 18 fevral 2015-ci il tarixdə gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.