Mərkəzdən hava limanı istiqamətində hərəkət tam məhdudlaşdırıldı

18 Fevral 2015 13:39 (UTC+04:00)

Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məlumat verilib.

İşlərin fevralın 20-si saat 09:00-a kimi başa çatdırılması nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur