Aeroporta gedən yolda təmir təxirə salındı - FOTO

19 Fevral 2015 10:32 (UTC+04:00)

Aeroporta gedən yolda təmir təxirə salınıb.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Məlumata əsasən, Heydər Əliyev prospekti köməkçi yol - mərkəzdən hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq həftəsonuna təxirə salınıb.

Hal-hazırda yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur.

Gülnar