Bakıda dəhşətli olay: özünü körpüdən atdı (YENİLƏNİB)

19 Fevral 2015 11:51 (UTC+04:00)

Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bakıda 28 yaşlı kişi özünü körpüdən atıb. Hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində baş verib. General Şıxlınski küçəsində qeydiyyatda olmaqla yaşayan 1987-ci il təvəllüdlü Rauf Novruzov özünü körpüdən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. 28 yaşlı R.Novruzovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.(lent.az)

***

KTM-dən Publika.az-a verilən məlumata görə, hazırda xəstənin vəziyyəti ağır dəyərləndirilir. Onun ayağında, qolunda və üz nayihəsində sınıqlar var.