20 polis qaçırıldı

17 Fevral 2014 15:47 (UTC+04:00)

İraqın qərbindəki Əl-Ənbar vilayətinin Fəllucə şəhərində 20 polis şəxsiyyəti bilinməyən kəslər tərəfindən qaçırılıb.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, təxminən 50 nəfərlik silahlı qrup Fəllucəyə bağlı Əl-Məhamdə bölgəsini mühasirəyə aldıqdan sonra 20 polisi qaçırıb.

Təhlükəsizlik güclərinin polisləri qaçıranları yaxalamaq üçün bölgədəki tayfa şeyxləriylə əlaqəyə keçdiyi də bildirilib. /“Axar.az”