Mən səndən qorxmuram...

21 Fevral 2015 13:35 (UTC+04:00)

Portuqaliya futbolunun əfsanəsi Luiş Fiqu FİFA prezidenti postuna seçkilərlə bağlı apardığı kampaniyadan danışıb.

Publika.az xəbər verir ki, "Barselona" və "Real"ın keçmiş futbolçusu seçkilərdə iddialı olduğunu, FİFA-nın hazırki rəhbəri Yozef Blatterdən çəkinmədiyini bildirib:

"Heç bir halda Blatterdən qorxmuram. Ona hörmət edirəm, çünki son illər futbolun inkişafı üçün çox iş görüb. Ancaq onun bu postdan getməsinin, FİFA-da struktur dəyişikliklərinin zamanı çatıb".

FİFA-da seçkilər mayın 29-da keçiriləcək. Prezident seçkilərində Fiqunun rəqibləri Jozef Blatter, İordaniya şahzadəsi Əli Əl-Hüseyn və Niderland Kral Futbol İttifaqının başçısı Mixael van Praq olacaq.