"Parma" A seriyasından qovuldu - Yeni sahibkarlar komandanı talan etdi

22 Fevral 2015 13:51 (UTC+04:00)

İtaliya Futbol Federasiyası maliyyə problemlərini həll edə bilməyən "Parma"nı ağır cəzalandırıb.

Publika.az xəbər verir ki, federasiya mövsümün axırını gözləmədən "sarı-göylər"i aşağı liqaya göndərib. Komandaya bu turdakı "Udineze"ylə matçdan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Klubun yeni sahibkarlarından isə xəbər yoxdu. Onların klubun hesabındakı pulları götürərək yoxa çıxdıqları deyilir.