Rəhim Rəhimli onunla barışdı

23 Fevral 2015 12:55 (UTC+04:00)

Müğənni Rəhim Rəhimli beş il küsülü olduğu Xuraman Şuşalı ilə barışıb.

Publika.az-ın məlumatına görə, Rəhim Rəhimli ANS telekanalında verilişlərdən birinin qonağı olarkən Xuraman Şuşalı telefon vasitəsilə efirə qoşulub və aralarında yaşanan qalmaqaldan danışıb.

Daha sonra isə o, R.Rəhimli ilə barışmağa və hər bir şeyi yaddan çıxartmağa razı olduğunu bildirib.

Xuramanın addımı Rəhimin ürəyinə insaf salıb, hər iki sənətçi barışıblar. Bununla da, beşillik küsülülüyə son qoyulub.

Cəvahir