Millimizin "Şaxtyor"a qarşı start heyəti - SİYAHI

23 Fevral 2015 15:06 (UTC+04:00)

Türkiyədə təlim-məşq toplanışı keçirən milli komandamızın sabah "Şaxtyor"a qarşı keçirəcəyi oyundakı ilk 11-liyi bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə Robert Prosineçki bu gün keçirilmiş mətbuat konfransında danışıb.

Xorvat çalışdırıcının nəzərdə tutduğu “ilk 11-lik” belədir: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran ismayılov, Məhəmməd Qurbanov.