Bakıda evi su basdı, 3 nəfər xilas olundu

24 Fevral 2015 17:29 (UTC+04:00)

Bakıda yaşayış evini su basıb, 3 nəfər xilas olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə fevralın 22-də yağan qarın əriməsi və qrunt sularının qalxması səbəbindən nəticəsində Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətini su basması və 3 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnikalar vasitəsi ilə vətəndaşları təhlükəsiz əraziyə köçürüb və aidiyyəti üzrə təhvil veriblər.