Bakıda avtobus ağır qəza törətdi (FOTOLAR)

25 Fevral 2015 15:03 (UTC+04:00)

Təxminən yarım saat əvvəl Bakıda 67 saylı marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “20 yanvar” metrostansiyasından 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən sərnişinlərlə dolu avtobus beton maneəyə çırpılıb.

Hadisə nəticəsində avtobus zədələnib. Sürücü Rasim və azyaşlı Nicat adlı uşaq yaralanıb.