Babək prospektində qəza – maşın çuxura düşdü – FOTO

27 Fevral 2015 11:16 (UTC+04:00)

Babək prospektində qəza baş verib.

Publika.az xəbər verir ki, Babək prospekti ilə 8-ci km istiqamətində hərəkət edən "Nexia" markalı avtomaşının sürücüsü idarəetməni itirərək qəza törədib.

Belə ki, Babək prospektində kommunikasiya xətlərinin yenilənməsi ilə əlaqədar yolda qazıntı işləri aparılır. Sürücü ötmə əməliyyatı həyata keçirərkən xəndəyə düşüb.