4 nəfər islamçı ölümə məhkum olundu

28 Fevral 2015 20:55 (UTC+04:00)

Qahirə Cinayət Məhkəməsi Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası, 14-ü barəsində ömürlük həbs cəzası kəsib.

Onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham ediliblər. O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər həlak olub, 90-dan çox adam yaralanıb.

“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük həbs cəzası alıblar.