Ağlamalı gülüş dəqiqələri

3 Mart 2015 15:16 (UTC+04:00)

AFFA İntizam Komitəsinin növbəti iclasında birinci divizion və əvəzedicilərin çempionatlarında keçirilən oyunlarda baş verənlərə də hüquqi qiymət verilib.

Publika.az xəbər verir ki, ən maraqlı hadisə 1-ci divizionda baş verib. Əslində buna maraqlı yox, gülməli, bir az dərinə getsək, ağlamalı hadisə deyə bilərik.

Birinci divizionun 17-ci turunun "Zirə" - "Kəpəz" matçında Gəncə təmsilçisinin futbolçusu Ramil Həşimzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, "Kəpəz" 500 manat cərimə olunub.

Bu xəbəri oxuyanların çoxu yəqin ki, “Kəpəz”i qeyri-peşəkarlıqda qınayacaq və istehza edəcək. Amma gülmək lazım deyil. Bu duruma ağlamaq lazımdır. Futbolumuz gör nə vəziyyətlərə düşdü...