Nazəninin prodüseri: “Musadan qorxmuram” - ÖZƏL

3 Mart 2015 18:20 (UTC+04:00)

Müğənni Nazəninin Binəqədi Rayon Polis İdarəsində saxlanılan prodüseri Pərviz Abbasov azadlığa buraxılıb.

Publika.az-a bu barədə prodüserin özü məlumat verib. O, Musa Musayevdən üzr istəmədiyini, bundan sonra da belə bir fikrinin olmadığını vurğulayıb:

“Polis idarəsinə aparılmışdım, izahatımı yazdım, indən belə də hər şey qanun çərçivəsində həll olunacaq. Musa deyir ki, güya mən ondan üzr istəmişəm, yalvarmışam, yalan sözdür. Musaya yalvarsaydım, elə dava düşən gün 300 nəfərin qarşısında üzr istəyərdim. Mən heç kimdən qorxmuram. Deyəsən, Təranə ilə Musa mənim adımla reklam olunmaq istəyir”.

Cəvahir