İŞİD-in bomba yüklü avtomobili havaya uçuruldu - VİDEO

7 Mart 2015 02:07 (UTC+04:00)

İraqın Tikrit şəhəri ətrafında ordu qüvvələri ilə İŞİD terror təşkilatı arasında şiddətli döyüşlər davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraq ordusunun hərbçiləri “Kornet” tank əleyhinə raketlə İŞİD-in intihar hücumu üçün hazırladığı bomba yüklü avtomobili məhv edib.

Sosial şəbəkələrdə avtomobilin havaya uçurulduğu görüntüləri yayılıb.

Ömər Dağlı