Malayziya təyyarəsinin axtarışı uzun müddət davam edə bilməz

8 Mart 2015 20:06 (UTC+04:00)

"Malaysia Airlines" şirkətinə məxsus Boeing 777 təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində Avstraliyanın baş naziri Toni Ebbot təyyarənin axtarışının uzun müddət davam etməyəcəyini bildirib.



Publika.az-ın məlumatına görə, baş nazir axtarışların əsaslandırılmış ehtimalların mövcud olduğu müddətdə davam edəcəyini bildirib.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini tapmaq mümkün olmayıb.