Hande Yenerdən 5 milyon dollarlıq klip

9 Mart 2015 10:15 (UTC+04:00)

Hande Yenər "No:2” adlı yeni albomunda yer alan “Sebastyan” mahnısına klip çəkdirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Hande Yenər klipdə qarşıdakı aylarda dünyanın bir çox ölkələrində tanıdılacaq olan Karun Kıraç imzalı 5 milyon dollar dəyərində xüsusi dizayn edilmiş zinət əşyaları taxıb.

Sərvət dəyərindəki bəzək bir çox təhlükəsizlik işçisi tərəfindən qorunur.

Video klipi üzərində ciddi iş getdiyini qeyd edən ifaçı dizayner Hakan Akkayadan barokko dövrünü əks etdirən 5 ayrı kostyum geyinib. Məşhur müğənni istifadə etdiyi aksessuarları da Sinqapurdan gətizdirib.

FİDAN