"Boko Haram" İŞİD-lə birləşir

9 Mart 2015 09:45 (UTC+04:00)

Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı İraq və Suriyada aktiv olan radikal "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə birləşdiyini elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Boko Haram silahlılarının internetdə paylaşdıqları videoda terrorçular İŞİD-ə tabe olacaqlarına bildiriblər. Videoda ərəb dilində səslənən bəyanatı Boko Haram-ın lideri Abubakar Shekaunun dəstəklədiyi deyilir.