Kişilər don geyindi – FOTOLAR

10 Mart 2015 15:20 (UTC+04:00)

Paris Moda Həftəsinin ən çox diqqətçəkən dəfilələrindən birinə “Vivienne Westwood” imza atıb. Brendin 2016-cı il payız-qış kolleksiyasının nümayiş edildiyi gecə böyük marağa səbəb olub.

Dəfilədə ziyafət libaslarından bəzilərini kişi modellər təqdim ediblər. Həmçinin modellərin qaşlarının qələmlə qalınlaşdırılıb ağac şəklinə salınması da olduqca diqqət çəkib.

Dəfilənin ən böyük sürprizi isə aktrisa Pas De La Uertanın açıq-saçıq gəlinliklə podiuma çıxması və yanındakı modellə öpüşməsi olub.

Publika.az modapərəstləri sözün əsl mənasında heyrətləndirən dəfilədən fotoları təqdim edir:

Ləman Sultan