Kamran azarkeşlərin qəlbinə yol tapdı – onu ən yaxşı seçdilər

10 Mart 2015 21:29 (UTC+04:00)

Türkiyə birinci liqasının 23-cü turu çərçivəsində keçirilən “Kayserispor” - “Bucaspor” matçının (3:0) ən yaxşı oyunçusunun adı açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayev bu nominasiyada qalib gəlib. Ağayev şərəfini qoruduğu “Kayserispor"un “Tvitter” səhifəsində azarkeşlər arasında keçirilən sorğuda bu uğura imza atıb. “Sarı-qırmızılar”ın azarkeşləri qolkiperin çıxışını yüksək qiymətləndiriblər.

Kamran “Bucaspor”la matçda 90 dəqiqə meydanda olub və komandasını bir neçə dəfə qoldan xilas edib.