Evi ilə birlikdə yandı

10 Mart 2015 22:48 (UTC+04:00)

Hacıqabul şəhərində vətəndaşa məxsus ev yanıb.

Publika.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Hacıqabul şəhərində Asif Kazımova məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Asif Mirzağa oğlu Kazımovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.