Kazarmaya hücum olub

11 Mart 2015 06:35 (UTC+04:00)

İntiharçı Misirin Sinay yarımadasındakı polis kazarmasına hücum edib.

Publika.az-ın məlumatına görə, bombalı hücum nəticəsində bir mülki şəxsi həlak olub, 24 polis işçisi isə yaralanıb.

Hücum Əl-Araş əyalətinin mərkəzi şəhərində, bölgədə keçirilməsi planlaşdırılan böyük investisiya konfransı ərəfəsində baş verib.

Misir uzun müddətdir ki, Sinay yarımadasında islamçı qiyamçılara qarşı mübarizə aparır. Onlar 2013-cü ildə prezident Morsinin devrilməsindən sonra daha da fəallaşıblar. Daha əvvəl baş vermiş hücumlara görə Ənsar Beyt Əl-Məqdis (Qüds Çempionları) kimi tanınan qruplaşma günahlandırılır.

Lakin çərşənbə axşamı baş vermiş hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.