MTN-dən Tərtər əməliyyatı ilə bağlı açıqlama

12 Mart 2015 13:56 (UTC+04:00)

Bəzi kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumatlar yayılıb. Bununla bağlı Milli Təhlüksəzilik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Trend-in sorğusuna cavab verilib.

Bildirilib ki, bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonda əməliyyat keçirilməsi barədə yayılan məlumatlar səhvdir: “Tərəfimizdən Tərtər rayonunda əməliyyat keçirilməyib. Qeyd etdiyiniz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır”.