ARDNŞ ilə "Transneft" şirkəti arasında yeni müqavilə imzalanıb

18 Fevral 2014 19:22 (UTC+04:00)

Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək.