Xırda pullar belə oğurlandı - VİDEO

14 Mart 2015 06:54 (UTC+04:00)

Türkiyənin Rize şəhərində iki nəfər mikroavtobuslarda oğurluq edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan şəxslər mikroavtobuslara daxil olaraq xırda pulları oğurlayıb.

Oğruların hərəkətləri yaxınlıqda yerləşən binanın təhlükəsizlik kameralarında qeydə alınıb. Polis görüntülərə əsasən onların tutulması üçün axtarışlara başlayıb.